Çingiz Əsgərov: “Avropa Məhkəməsində Azərbaycana münasibətdə fərqli yanaşma var”

Çingiz Əsgərov: “Avropa Məhkəməsində Azərbaycana münasibətdə fərqli yanaşma var”
# 02 iyun 2016 14:51 (UTC +04:00)



Bakı. Ramiz Mikayıoğlu-APA. “Çıraqovlar Avropa Məhkəməsinə 2015-ci ildə müraciət etsə də, Avropa Məhkəməsi bu şikayət üzrə kommunikasiyaya dərhal başlamamışdı. Yalnız 1 ildən sonra ermənilər Azərbaycana qarşı şikayət verdikdə, Avropa Məhkəməsi hər iki şikayət üzrə eyni prosedura başladı. Avropa Məhkəməsi Azərbaycanın məhkəmədə hansısa üstün mövqeyə malik olmasını istəmir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bidirib.


Ç.Əsgərov deyib ki, 2 ildir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağda qanunsuz həbsdə saxlanılır, bununla bağlı da Avropa Məhkəməsinə şikayət göndərilib: "Avropa Məhkəməsindən tələb edilib ki, bu şikayətə baxılmasına prioritet verilsin, bu şəxslər ya azadlığa buraxılsın, ya da üçüncü dövlətdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məhkəmə prosesi keçirilsin ki, ədalətli məhkəmə baxışı hüququ təmin edilsin. Lakin Avropa Məhkəməsi şikayətə prioritet baxmaqdan imtina edib. Mən öz tərəfimdən Azərbaycan hökumətinin Avropa Məhkəməsində nümayəndəsi kimi Avropa Məhkəməsinin sədrinə məktubla müraciət etdim. Məktubda da bildirilib ki, Azərbaycana fərqli yanaşma yolverilməzdir, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ərizəyə tez bir zamanda baxılmalıdır. Amma Avropa Məhkəməsi bu müraciətə tutarlı cavab verə bilmədi. Hələ də ərizələr üzrə prosedura başlanmayıb. Yəni Azərbaycana münasibətdə Avropa Məhkəməsində fərqli yanaşma var. Tutaq ki, nümayiş zamanı, inzibati qaydada həbs edilən şəxs, yaxud QHT üzvü ilə bağlı müraciətlə əlaqədar Avropa Məhkəməsi dərhal kommunikasiyaya başlayır, Azərbaycana kommunikasiya göndərir, 1,5 ildən sonra Avropa Məhkəməsi qərar qəbul edir. Bu yanaşma göstərir ki, 1 milyon qaçqın və məcburi köçkünün vəziyyəti Avropa Şurası və Avropa Məhkəməsi üçün heç bir əhəmiyyət kəsb etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR