Bakıda 50 yaşlı kişi intihar edib

Bakıda 50 yaşlı kişi intihar edib
# 28 iyul 2016 08:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Müşfiq İsmayıl oğlu İsmayılov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR