MSK İlqar Məmmədovun şikayətini təmin etməyib

MSK İlqar Məmmədovun şikayətini təmin etməyib
# 13 may 2016 14:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda "Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair təlimat"a dəyişiklik edilib. Sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiq edilib.

Bildirilib ki, seçkilərlə əlaqədar namizədlərin adları əlifba sırası ilə olmaqla, 41409 bülleten çap olunacaq. İclasda bəzi seçki dairələrinin tərkibində də dəyişiklik edilib.

Sonda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, namizəd Məmmədov İlqar Eldar oğlunun səlahiyyətli nümayəndəsi MSK-ya şikayət edib: "Şikayətdə bildirilir ki, İlqar Məmmədovum namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb, namizədə imza vərəqələri verilib. Lakin sonra DSK onun namizədliyini təsdiq qərarını ləğv edib. Lakin MSK tərəfindən aparılan araşdırmalarda müəyyən olunub ki, DSK-ya təqdim olunan imza vərəqələri boş olub".

İ. Məmmədovun şikayəti əsassız sayılıb və təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR