Almaniya Türkiyə ilə əldə olunmuş saziş çərçivəsində 157 suriyalı qaçqını qəbul edib

Almaniya Türkiyə ilə əldə olunmuş saziş çərçivəsində 157 suriyalı qaçqını qəbul edib
# 21 may 2016 22:45 (UTC +04:00)

Bakı-APA. Almaniya Aİ və Türkiyə arasında əldə olunmuş sazişin icrası çərçivəsində 157 suriyalı qaçqını qəbul edib. APA-nın “TASS”a istnadən verdiyi xəbərə görə, bu barədə Almaniya DİN-nin məlumatında bildirilir.

Ötən gün Almaniyaya göyərtəsində 103 qaçqının olduğu çarter reysi ilə növbəti təyyarə enib. Digər Aİ ölkələri 123 qaçqını qəbul edib.

Martın 18-də Türkiyə və Aİ arasında qaçqınlara dair əldə olunmuş sazişə əsasən, Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə martın 20-dən sonra keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Aprelin 4-dən sazişin icrasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR