NATO Rumıniyada təlimlər keçirəcək

NATO Rumıniyada təlimlər keçirəcək
# 01 may 2024 05:52 (UTC +04:00)

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək.

APA xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.

“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR