Fransalı tədqiqatçı Azərbaycanda apardığı tədqiqatın nəticələrini təqdim edib

Fransalı tədqiqatçı Azərbaycanda apardığı tədqiqatın nəticələrini təqdim edib
# 20 sentyabr 2016 09:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Fransa Elmi Araşdırmaların Milli Mərkəzinin (Centre National de la Recherche Scientifique - SNRS) “Qədim Şərqin erkən mədəniyyətləri” departamentinin arxeologiya bölümünün aparıcı elmi əməkdaşı, PHD, arxeoloq Culio Palumbinin “Arslantəpə və Kür – Araz arxeoloji mədəniyyətinin yayılması” mövzusunda təqdimatı keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimatda İnstitutun rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak ediblər.

C. Palumbi əsasən Türkiyə ərazisində yerləşən və e.ə. V minillikdən Roma imperiyası dövrünədək tarixi mərhələləri əhatə edən çoxtəbəqəli Arslantəpə arxeoloji abidəsi barədə ümumi məlumat verib. Tədqiqatçı Ubeyd, Uruk və Kür – Araz arxeoloji mədəniyyətlərə aid Arslantəpənin iki təbəqəsinin (VI A və VI B1, e.ə. 3350 – 2900-cu illər) xüsusiyyətləri və mədəniyyətlər arasında əsas fərqləri qeyd edib, mədəniyyətlərin inkişafı, yayılması və bir-birini əvəzləməsi barədə mülahizələrini bölüşüb.

Vizual təsvirlərlə müşayiət olunan təqdimatdan sonra azərbaycanlı arxeoloqlar C. Palumbi ilə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR