Azərbaycan yanvar-avqust ayları ərzində 15 mln. tona yaxın xam neft ixrac edib

Azərbaycan yanvar-avqust ayları ərzində 15 mln. tona yaxın xam neft ixrac edib
# 29 sentyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-avqust ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələri əsasında 6 394 879,77 min ABŞ dolları dəyərində 14 mln. 910 min 250,03 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,97% azdır. Məbləğ dəyərində isə bu rəqəm 51,29% azdır.

Bu ilin səkkiz ayında 534 mln. 354,59 min dollar dəyərində 1 mln. 506 min 120,68 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,83% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 38,38% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR