Böyük Britaniyanın iri konsaltinq şirkəti Azərbaycanda nümayəndəlik açıb

Böyük Britaniyanın iri konsaltinq şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 14 oktyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyaya məxsus “McKinsey and Company” Azərbaycanda nümayəndəlik açır.

APA-Economics”in verdiyi xəbərə görə, şirkət Vergilər Nazirliyində qeydiyyatdan keçib və cari ilin sentyabrın 30-da qeydiyyata alınıb.

Şirkətin qanuni təmsilçisi Köksoy Kadir Sinandır.

Qeyd edək ki, “McKinsey and Company” aparıcı biznes, hökumət və qeyri-hökumət təşkilatlarına xidmət edən menecment konsaltinq şirkətidir. 1 əsrə yaxın fəaliyyət göstərən şirkət bu günə qədər 100-dən çox ölkədə nümayəndəlik açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR