Nyu-Yorkda atışma olub, yaralananlar var

Nyu-Yorkda atışma olub, yaralananlar var
# 23 sentyabr 2016 21:18 (UTC +04:00)

Bakı-APA. Bu gün Nyu-Yorkda silahlı insident qeydə alınıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident əsasən qaradərilərin yaşadığı Harlem rayonunda baş verib.

Məlumata əsasən, atışma nəticəsində 2 nəfər ağır yaralanıb. Onlar kritik vəziyyətdə xəstəxanaya aparılıblar. Polis hadisənin səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR