Şimali Koreya raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib

Şimali Koreya raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib
# 23 iyun 2016 01:21 (UTC +04:00)

Bakı-APA. KXDR “Hwasong-10” orta mənzilli ballistik raketinin buraxılışının uğurla həyata keçdiyini bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR Milli Kosmik İdarəsinin müvafiq bəyanatı ölkənin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.

Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, Şimali Koreya “Musudan” tipli olduğu ehtimal edilən orta mənzilli ballistik raketin buraxılışını həyata keçirib.

Hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasın xüsusi iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR