Azərbaycan teatr xadimlərinə “Haldun Taner” mükafatı təqdim olunub

Azərbaycan teatr xadimlərinə “Haldun Taner” mükafatı təqdim olunub
# 23 dekabr 2015 18:43 (UTC +04:00)

Bakı-APA. Akademik Milli Dram Teatrında Azərbaycan teatr xadimlərinə TÜRKSOY-un “Haldun Taner” mükafatı təqdim olunub.

APA-nın məlumatına görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Azərbaycan teatrının son illərdə qazandığı uğurlar, bu sahədə aparılan islahatlar təqdirə layiqdir.

Rəhbərlik etdiyi qurumun teatr sənəti sahəsində gördüyü işlərdən danışan D.Kaseinov qeyd edib ki, TÜRKSOY uğurlu layihələri dəstəkləməkdə maraqlıdır. Milli Dram Teatrının direktoru İsrafil İsrafilov TÜRKSOY mükafatlarından birini Azərbaycan sənətçilərinə təqdim etməsini əlamətdar hal kimi dəyərləndirib.

Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti Azərpaşa Nemət son illər TÜRKSOY-un həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, qurum türkdilli xalqların ortaq mədəniyyətinin geniş coğrafiyada tanınması istiqamətində fəaliyyət göstərir.

Tədbirdə teatr sənətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti Azərpaşa Nemət, teatrın direktoru İsrafil İsrafilov, professor Məryəm Əlizadə, yazıçı-dramaturq Afaq Məsud və əməkdar incəsənət xadimi Cahangir Novruzova “Haldun Taner” medalı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR