Rusiyanın MDB ölkələrinə enerji ixracının həcmi 45% azalıb

Rusiyanın MDB ölkələrinə enerji ixracının həcmi 45% azalıb
# 06 avqust 2016 09:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2016-cı ilin ilk yarım illiyi ərzində Rusiyadan MDB ölkələrinə elektrik enerjisinin ixracı 45% azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə avqustun 5-də dərc olunan Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Qurumun məlumatına görə, ilk yarım il ərzində MDB ölkələrinə 2,032 mlrd. kVt/saat elektrik enerjisi tədarük edilib. Bu müddət ərzində MDB ölkələrinə enerji ixracından əldə olunan gəlir 81,1 mln. dollar təşkil edib.

Bununla belə uzaq xaricə tədarükün həcmi 1,6% artaraq 6,11 mlrd. kVt/saat olub. Ümumilikdə tədarükük dəyəri 206,8 mln. dollar təşkil edib.

Bundan əvvəl isə bildirilib ki, Rusiyanın yanacaq-enerji məhsulllarının tədarükündən gəlirləri bu ilin yanvar-aprel aylarında ötən illə müqayisədə 38,9% azalıb. Ticarət balansının saldosu da 33,1 mlrd. dollar azalaraq, 2015-ci illə müqayisədə 30,8 mlrd. dollar az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR