Nazir Ramin Quluzadə Mingəçevirdə vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Mingəçevirdə vətəndaşları qəbul edəcək
# 04 aprel 2016 11:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarında və Mingəçevir şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Rabitə Və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qəbul martın 7-si saat 10:00-da keçiriləcək.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmalıdırlar.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıdakı telefonlara zəng etməsi xahiş olunur.

Mingəçevir şəhərində 02427 52999

Ağdaş rayonunda 02023 55199

Göyçay rayonunda 02027 43333

Ucar rayonunda 02021 33777

Kürdəmir rayonunda 02025 51599

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR