“Qalatasaray”ın prezidenti: UEFA-nın bizə təklif etdiyi ən ağır cəzadı

“Qalatasaray”ın prezidenti: UEFA-nın bizə təklif etdiyi ən ağır cəzadı
# 23 fevral 2016 14:54 (UTC +04:00)

Bakı – APA. “UEFA 1 həftə ərzində qərar verəcək. Həmin qərarı İdman Arbitraj Məhkəməsinə (CAS) daşıya biləcəyimizi unutmasınlar. Amma buna ehtiyac olacağını düşünmürəm”. Apasport.az saytının Türkiyənin “Hurriyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray” klubunun prezidenti Dursun Özbək deyib.

Maliyyə Fair-pley qaydalarına riayət etmədiyi üçün “cim-bom”un avrokuboklardan kənarlaşdırılması gündəmdədi.

Bununla bağlı Dursun Özbək başda olmaqla, “Qalatasaray” rəsmiləri bu gün İsveçrənin Nyon şəhərində UEFA nümayəndələri ilə görüşüblər. Tanınmış vəkil Jan Luis Duponun da qatıldığı toplantıda türkiyəlilər klubun maddi durumunu düzəltmək üçün layihələr həyata keçirdiklərini anladıblar.

Toplantıdan sonra açıqlama verən Dursun Özbək “Qalatasaray”ın cəza almamaq şansının olduğunu vurğulayıb: “Biz bura əvvəl də gəlmişdik. Təkrar gəldik, açıq məlumatlar verdik. “Qalatasaray”ın konkret məlumatlar əsasında müdafiə olunur. Qərarlara hörmətimiz var. Amma burda iki mərhələnin olduğunu diqqətdən qaçırmamalıyıq. Hakimlərin qərarını CAS-a götürmək şansımız var. Qarşı tərəfin dəlillərimizi nəzərdən keçirəcəyini düşünürəm. Hələ ki, “Qalatasaray”a cəza tətbiq olunmayıb. Araşdırma qrupu 1+1 illik cəza təklif edir. Biz isə bunu qəbul etmirik. Rəhbərliyin gördüyü iş “Qalatasaray”ın cəza almamalı olduğunu göstərir. İki tərəfin də bir-birini anladığı toplantı keçirdik. Şəxsi qənaətim belədi ki, CAS-a müraciətimizə ehtiyac qalmayacaq. UEFA-nın bizə təklif etdiyi ən ağır cəzadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR