Türkiyədə polis və terrorçular arasında atışma olub, ölənlər var

Türkiyədə polis və terrorçular arasında atışma olub, ölənlər var
# 14 oktyabr 2015 17:34 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Van şəhərində silahlı insident baş verib.

APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, Van şəhəri terrorla mübarizə idarəsinin əməkdaşları şübhəli bilinən 2 şəxsi izləyib

Təqib olunduqlarını başa düşən PKK terrorçuları polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşlarından biri sinəsindən yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı terrorçulardan 1 məhv edilib, digəri yaralı şəkildə ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR