FHN: "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur

FHN: "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur
# 03 yanvar 2016 19:57 (UTC +04:00)

Bakı - APA. "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılıb: "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. “Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranmışdır. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılmışdır".

Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı FHN-in (+99412)5123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR