Bir nəfəri öldürüb, iki nəfərə xəsarət yetirən şəxsin cəzası azaldılıb

Bir nəfəri öldürüb, iki nəfərə xəsarət yetirən şəxsin cəzası azaldılıb
# 19 yanvar 2016 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində bir nəfəri öldüerən, 2 nəfərə isə xəsarət yetirən Orxan Abdullayevin apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə onun barəsində olan hökmü dəyişdirib. O. Abdullayevin cəzası 13 il təyin edilib.

Qeyd edək ki, Orxan Abdullayev münaqişə zəminində Elşad Kərimovu qətlə yetirib. Orxan Abdullayev ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman Orxan Abdullayev bıçaqla Elşad Kərimova 1 zərbə endirib. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Abdullayev 19 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR