“Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin məhkəməsi təxirə düşüb

“Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin məhkəməsi təxirə düşüb
# 04 avqust 2016 13:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə düşüb.

APA-nın məlumatına görə, buna səbəb zərərçəkmişlərin prosesə qatılmamasıdır. Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir. Növbəti iclas avqustun 9-a təyin olunub.

İttiham aktına əsasən, kooperativin təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub, 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər. Onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR