“Azsığorta” qəza komissarlarının növbəti toplantısını keçirilib

“Azsığorta” qəza komissarlarının növbəti toplantısını keçirilib
# 24 avqust 2016 11:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azsığorta” qəza komissarlarının növbəti toplantısını keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu toplantı çərçivəsində “Dələduzluq, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” mövzusunda təlim keçirilib.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Kərimli tərəfindən aparılan bu təlim “Azsığorta” şirkətinin qəza komissarlarının peşəkarlıq səviyyəsinin artırılması çərçivəsində atılan növbəti bir addımdır.

Qeyd edək ki, şirkət, bu istiqamətdə mütəmadi olaraq iş aparır. Birinci belə toplantı keçən ilin noyabr ayında “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları” mövzusuna, ikincisi isə bu ilin may ayında qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə həsr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR