Referendumla əlaqədar qeydiyyata alınan müşahidəçilərin sayı açıqlanıb

Referendumla əlaqədar qeydiyyata alınan müşahidəçilərin sayı açıqlanıb
# 07 sentyabr 2016 14:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Referendumda müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib

APA-nın məlumatına görə, bunu bu gün MSK sədri Məzahir Pənahov bildirib. MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçisidir, 2 nəfər xüsusi icazə ilə, qalanları öz təşəbbüsləri ilə qeydiyyatdan keçib.

Seçki dairələrində isə 37 429 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 22481 nəfəri öz təşəbbüsü il qeydiyyatdan keçib. Onlardan 881 nəfəri QHT-nin müşahidəçisidir. “Yeni Azərbaycan” təşviqat qrupunun 4410, “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun 3024, “Bələdiyyə” təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib. Qalan müşahidəçilər siyasi partiyaların təmsilçiləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR