Gəncədə 2 avtomobil toqquşub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə 2 avtomobil toqquşub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 11 may 2016 15:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü Eldar Mahmudov və sərnişini - 1958-ci il təvəllüdlü Fikrət Kərimov hadisə yerində ölüblər. Digər sərnişin, 1963-cü il təvəllüdlü İradə Həsənova isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildən meyitləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

***

17:17

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin isə xəsarət aldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR