Bakıda “ASAN radio” test yayımına başlayıb

Bakıda “ASAN radio” test yayımına başlayıb
# 24 dekabr 2015 09:18 (UTC +04:00)

ASAN Xidmətdən APA-ya verilən məlumata görə, radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsi, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir.

İlkin yayım zamanı dinləyicilərə qısa anonslar vasitəsi ilə radionun əsas fəaliyyət istiqamətlərinə dair məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək.

Qeyd edək ki, “ASAN radio” Azərbaycan prezidentinin tapşırığı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR