Suriyada döyüşlərdə yaralanan şəxsin məhkəməsi təxirə salınıb

Suriyada döyüşlərdə yaralanan şəxsin məhkəməsi təxirə salınıb
# 12 avqust 2016 13:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilməli olan hazırlıq iclasında dövlət ittihamçısı sənədlərlə tanış olmaq üçün vaxt istəyib.

Prosesin avqustun 19-dək təxirə salındığı bildirilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki «Mühacir Ansar» silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR