“Qarabağ” klubunun futbolçusu qəzaya düşüb

“Qarabağ” klubunun futbolçusu qəzaya düşüb
# 02 iyun 2016 08:18 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”ın hücumçusu Reynaldo Silva qəza törədib. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, hadisə forvardın vətənində baş verib.

Mövsüm başa çatdığı üçün ölkəsində istirahətdə olan “sambaçı” ötən gün Aqreste ştatında qəzaya düşüb.

Belə ki, o, "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsünün ayağı qırılıb.

“Qarabağ”ın futbolçusu qəzadan sonra xəsarət alan digər sürücüyə kömək edib. Dərhal xəstəxanaya aparılaraq əməliyyat olunan zərərçəkənin vəziyyətinin normal olduğu bildirilib.

Polisin araşdırması nəticəsində Reynaldonun içkili olmadığı üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR