ETSN-də qanvermə aksiyası keçirilib

ETSN-də qanvermə aksiyası keçirilib
# 13 aprel 2016 14:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) könüllü qanvermə aksiyası keçirilib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiyada Nazirliyin 400-ə yaxın əməkdaşı iştirak edib.

B. Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR