Ukrayna bu gün qadağan olunan Rusiya mallarının siyahısını genişləndirəcək

Ukrayna bu gün qadağan olunan Rusiya mallarının siyahısını genişləndirəcək
# 20 yanvar 2016 01:32 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Nazirlər Kabineti yanvarın 20-də keçiriləcək iclasda ölkəyə gətirilməsi qadağan olunan Rusiya mallarının siyahısını genişləndirmək niyyətindədir.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrə qarşı tətbiq olunan gömrük rüsumlarının və ərzaq embarqosunun Ukrayna qarşı tətbiq edib.

Buna cavab olaraq, Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə imkan verən qanunu imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR