Fuad Qəhrəmanlının həbs müddəti artırılıb

 Fuad Qəhrəmanlının həbs müddəti artırılıb
# 22 iyun 2016 13:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

F. Qəhrəmanlının vəkili Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, məhkəmə həbs qətimkan tədbirinin müddətini avqustun 8-dək artırıb. Y. İmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR