İstanbulda ticarət mərkəzində atışma olub, yaralananlar var - YENİLƏNİB

İstanbulda ticarət mərkəzində atışma olub, yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 16 aprel 2016 14:58 (UTC +04:00)

Bakı – APA. İstanbulda ticarət mərkəzində baş vermiş atışmanın təfərrüatları məlum olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vaxtilə “Metroport” ticarət mərkəzində çalışmış təhlükəsizlik əməkdaşı öz kürəkəni ilə mübahisə etdikdən sonra ona odlu silahdan atəş açıb.

Nəticədə həmin şəxs ağır yaralanıb. Sonra atəş açan şəxs özünü ayağından vurub.

Hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

*** 16.49

Bakı – APA. İstanbulda naməlum şəxslər ticarət mərkəzində atəş açıblar.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə “Metroport” ticarət mərkəzində baş verib.

Naməlum şəxslərin bombaya bənzər əşyanı atdıqları da bildirilir. Hələlik rəsmi qurumlar hadisə ilə bağlı açıqlama vermirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR