Abdulla Abdullayevin barəsində olan hökmdən kassasiya şikayəti verilib

Abdulla Abdullayevin barəsində olan hökmdən kassasiya şikayəti verilib
# 30 dekabr 2015 08:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən A. Abdullayevin vəkili Osman Kazımov bildirib ki, kassasiya şikayəti məhkəməyə təqdim edilib. Kassasiya şikayəti üzrə məhkəmənin keçirilmə vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR