Tovuzda evdə partlayış olub, xəsarət alan var

Tovuzda evdə partlayış olub, xəsarət alan var
# 19 sentyabr 2016 10:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda yaşayış evində partlayış olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini Kəmalə Məşiyevanın evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə yanıq xəsarəti alan K.Məşiyeva xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR