Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq - VİDEO

Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8 isti, gündüz 11-16 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR