Azərbaycan yığmasının heyəti açıqlanıb

Azərbaycan yığmasının heyəti açıqlanıb
# 21 yanvar 2016 10:03 (UTC +04:00)

Bakı – APA. "Antalya Cup" turnirində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız sabah start götürəcək yarışda 23 futbolçu ilə mübarizə aparacaq.

Baş məşqçi Yaşar Vahabzadə Türkiyədəki turnirdə Məqsəd İsayev, Rahil Məmmədov (hər ikisi “Neftçi”), Şahrudin Məhəmmədəliyev, Azər Salahlı (hər ikisi “Qarabağ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamsı “Zirə”), Elnur Cəfərov, Kamran Abdullazadə (hər ikisi “Xəzər Lənkaran”), Fuad Bayramov, Abbas Hüseynov (hər ikisi “İnter”), Rəşad Əzizli (“Rəvan”), Budaq Nəsirov, Namik Ələskərov (hər ikisi “Kəpəz”), Tural Hümbətov, Ruslan Nəsirli, Kamal Mirzəyev (hamısı AZAL), Elvin Camalov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Qəbələ”), Tərlan Əhmədli (“Sumqayıt”), Kərəm Benke, Taşkın İlterə (“Neuştrelits”, Almaniya) güvənməyə qərar verib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna və Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 yığmaları çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR