Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır”

Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır”
# 29 fevral 2016 10:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində vacib rolunu vurğulayırıq. Ötən bir il ərzində bu strateji layihə üzrə əldə edilmiş inkişafı alqışlayırıq”.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.

Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak edir.

İclas üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq.

Tədbirin yekununda Birgə Bəyannamə imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR