Yunanıstan XİN: Qaçqınlar problemi Yunanıstan-Türkiyə münasibətləri çərçivəsində həll edilə bilməz

Yunanıstan XİN: Qaçqınlar problemi Yunanıstan-Türkiyə münasibətləri çərçivəsində həll edilə bilməz
# 05 mart 2016 00:27 (UTC +04:00)

Bakı-APA. Qaçqınlar problemi yalnız Yunanıstan-Türkiyə münasibətləri çərçivəsində həll edilə bilməz, çünki bu qlobal problemdir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Yunanıstan XİN rəhbəri Nikos Kotzias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqlardan sonra bildirib.

Görüşdə tərəflər səylərinin bölgədə sabitliyin təmin olunmasına yönəldiyini qeyd ediblər: “Biz Yunanıstan-Türkiyə münasibətlərinin mehriban qonşuluq və beynəlxalq hüquq normaları əsasında inkişaf etməsini dəstəkləyirik. Biz bölgədə güclü sabitləşdirici amil olacağıq”. Yunanıstan XİN rəhbəri həmkarı ilə qaçqın probleminin həlli məsələsinə Aİ və NATO-nun yardımına dair razılaşma ilə bağlı problemləri müzakirə etdiyini bildirib.

Kipr probleminə toxunan Kotzias, Afina və Ankaranın hər iki tərəfin maraqlarına cavab verəcək qərarın axtarışında olduğunu qeyd edib.

Tərəflər həmçinin Suriyadakı münaqişə, İraq və Liviyadakı vəziyyət ilə bağlı məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR