Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb
# 15 mart 2016 12:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliklər magistratura səviyyəsində ixtisasların artırılması ilə bağlıdır.

“Humanitar və sosial ixtisaslar qrupu” üzrə “Media və kommunikasiya sistemləri”, “Televiziya və radio yayımları menecmenti”, “Qafqaz xalqlarının tarixi”, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə “Rəqs sənəti üzrə müəllim-tədqiqatçı”, “Texniki və texnoloji ixtisaslar qrupu” üzrə “Kosmik infokommunikasiya texnologiyaları” və “Kosmik aparatlar və idarəetmə sistemləri” ixtisasları əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR