BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib

BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış edib
# 10 fevral 2016 07:57 (UTC +04:00)

Bakı-APA. BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (Robert Watt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” (Təhlükəsizlik və əməliyyat riskləri) mövzusunda təqdimatla çıxış edib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, təqdimatdan öncə çıxış edən rektor Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb. O qeyd edib ki, Ali Məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var. Rektor müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

Robert Vot öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib. Bu qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açıb. Sonda Robert Vot tələbələri maraqlandıran sualları cavablandırıb.

Təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR