Bakıda adam bıçaqlayan şəxsə hökm oxunub

Bakıda adam bıçaqlayan şəxsə hökm oxunub
# 07 sentyabr 2016 15:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Mahmudovun cinayət işi üzə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M.Mahmudov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralını xilas etmək mümkün olub. Zərərçəkmiş ifadəsində küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov pul vermədiyinə görə həmin şəxslər tərəfindən bıçaqlandığını deyib.

Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR