Dövlət Dumasına yeni sədr seçilib

Dövlət Dumasına yeni sədr seçilib
# 05 oktyabr 2016 14:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Dumasına yeni sədr seçilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumanın yeni sədri "Vahid Rusiya" Partiyasının namizədi Vyaçeslav Volodin olub. O, 404 deputatın səsini qazanıb.


V. Volodin Prezident Administrasiyası rəhbərinın birinci müavini idi. Bu gün prezident Vladimir Putinin əmri ilə o, Kremldə tutduğu vəzifədən azad olunub. Dövlət başçısının digər əmri ilə “Rosatom”un rəhbəri Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR