Sabunçuda ikimərtəbəli bağ evi yanıb

Sabunçuda ikimərtəbəli bağ evi yanıb
# 17 fevral 2016 06:57 (UTC +04:00)

Bakı - APA. Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR