Bakı-Tbilisi-Qars marşrutu üçün İsveçrə şirkətinə 30 vaqon sifariş edilib

Bakı-Tbilisi-Qars marşrutu üçün İsveçrə şirkətinə 30 vaqon sifariş edilib
# 19 fevral 2016 09:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalderlə görüş keçirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında məlumat verib.

C. Qurbanov deyib ki, QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən "KISS" markalı beş ədəd ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Qatarlardan üçü artıq Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir, daha iki qatarın isə ölkəmizə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edilib. Artıq vaqonların istehsalına start verilib.

F. Ştalder “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını qeyd edib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR