Sloveniyaya bur gündə 5 min miqrant gəlib

Sloveniyaya bur gündə 5 min miqrant gəlib
# 19 oktyabr 2015 17:40 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 19-da 5 min miqrant Xorvatiya ilə sərhədi keçərək Sloveniyaya gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sloveniya XİN-in rəsmisi Boştyan Sefiç bildirib.

“Gün ərzində Sloveniyaya 5 min miqrant gəlib. Biz daha 1200 miqrantın bu gün qatarla gələcəyini gözləyirik. Beləliklə, ölkəmizə gələn miqrantların sayı 6 mini keçəcək”, deyə B.Sefiç bildirib.

Onun sözlərinə görə, Almaniya qəbul edəcək miqrantların sayını azaldıb, Avstriya isə qaçqınların yeni qruplarını qəbul etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR