Azərbaycan yığması Kanada ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması Kanada ilə yoldaşlıq görüşü keçirəcək
# 11 mart 2016 07:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin mayda keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən biri bəlli olub. Apasport.az-ın məlumatına görə, Robert Prosineçkinin yetirmələri Kanada yığması ilə üz-üzə gələcək.

Kanada Futbol Assosiasiyasının rəsmi saytının yaydığı xəbərdə oyunun iyunun 3-də Avstriyada keçiriləcəyi bildirilir.

Komandamız Avstriya hazırlıqlarında daha iki oyun keçirməyi planlaşdırır.

DÇ-2018-in seçmə mərhələsində mübarizə aparan şimali amerikalılar hazırda FİFA reytinqində 87-ci pillədə qərarlaşıb. Kanada millisinin baş məşqçisi Benito Floro Avstriyadakı təlim-məşq toplanışı haqda fikirlərini də açıqlayıb.


Vaxtilə İspaniyanın “Real”, “Vilyarreal”, “Albasete”, “Xixon”, “Malyorka” kimi klublarında çalışmış 64 yaşlı mütəxəssis 3 ildi başçılıq etdiyi yığmanın Azərbaycanla oyunu haqda da danışıb: “Avropada keçirəcəyimiz təlim-məşq toplanışı bizim üçün çox önəmlidi. Baş tutacaq yoxlama oyunlarından maksimum yararlanmalıyıq. Bu görüşlər bizə komandanın oyun praktikasını artırmaq, həmçinin müxtəlif taktiki gedişləri yoxlayıb, sınaqdan keçirmək imkanı yaradacaq. Bu üzdən Azərbaycanla yoldaşlıq oyununa da futbolçularımız üçün çox yaxşı sınaq kimi yanaşırıq”.

Qeyd edək ki, bu görüş Azərbaycan millisinin Kanada ilə ilk qarşılaşması olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR