Prezident İlham Əliyev: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlini tapmalıdır”

Prezident İlham Əliyev: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlini tapmalıdır”
# 03 dekabr 2015 14:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan torpaqlarının 20 faizi ermənilərin işğalı altındadır, tarixi abidələrimiz, şəhərlərimiz dağıdılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin həmin torpaqlardan qeyd-şərtsiz çıxması nəzərdə tutulsa, bu, kağız üzərində qalır: “Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlini tapmalıdır. Uzun illərdir, Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız Ermənistanın işğalı altındadır”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində dəstəyə görə bir daha Türkiyəyə təşəkkür edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR