İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb
# 18 mart 2016 09:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə cari ilin yanvar-fevral ayları ərzində 18 mln. ton yük, 253,4 mln. sərnişin daşınıb.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.

Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bundan başqa, yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Qeyd edək ki, ümumilikdə cari il ərzində nəqliyyat sektoru ilə yüklərin 57,9%-i, sərnişinlərin isə 88%-i avtomobil nəqliyyatı ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR