Ötən il SOCAR Novorosiysk limanından xam neftin ixracını 36% artırıb

Ötən il SOCAR Novorosiysk limanından xam neftin ixracını 36% artırıb
# 05 yanvar 2016 16:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR 2015-ci illin dekabr ayında Novorossiysk limanından xam neft ixracını həyata keçirməyib. Bu barədə «APA-Economics» ə SOCAR-dan məlumat verilib.

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 mln. 270 min 108 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin 12 ayı ilə müqayisədə 36,25% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR