Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib

Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib
# 13 sentyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Ali Hərbi Məktəbin rəisi, polkovnik Füzuli Salahov təbrik nitqi söyləyib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR