İran XİN: Tehran Suriyada siyasi nizamlanmanı dəstəkləyir

İran XİN: Tehran Suriyada siyasi nizamlanmanı dəstəkləyir
# 29 oktyabr 2015 17:44 (UTC +04:00)

Bakı-APA. “İranın Suriya məsələsindəki mövqeyi dəyişməz qalır, Tehran böhranın siyasi nizamlanmanı dəstəkləyir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan deyib.

“İran Suriyanın dəstəklənməsində mövqeyini dəyişməyib. Tehran həmişə Suriyada terrora qarşı mübarizə kampaniyasını və münaqişənin nizamlanması üzrə siyasi prosesi dəstəkləyib”, deyə nazir müavini bildirib. Diplomatın sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasının tərəfdarları dərk edirlər k, Suriya xalqı öz taleyini yalnız özü siyasi proses çərçivəsində müəyyən edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR