Somalidə Türkiyə vətəndaşlarına hücum edilib

Somalidə Türkiyə vətəndaşlarına hücum edilib
# 02 yanvar 2016 13:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Somalinin paytaxtı Mogadişuda türk qeyri-hökumət təşkilatının əməkdaşlarına qarşı hücum təşkil edildiyini açıqlayıb.

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, nazirlik hücum zamanı bir Türkiyə vətəndaşının yaralandığı və bir Somali vətəndaşının öldüyü haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, Mogadişuda humanitar yardım fəaliyyəti ilə məşğul olan Türkiyə qeyri-hökumət təşkilatı işçilərinə qarşı hücum bu gün günorta saatlarında təşkil olunub:

“Bu hücumu qınayır, cinayətkarların tutulmasını və məhkəmə qarşısına çıxarılmasını gözləyirik. Türkiyə Somalidə sülh və rifahın bərpasında iştirak məqsədilə bundan sonra da Somali xalqının yanında olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR