Bakıda neft şirkəti bələdiyyəni məhkəməyə verib

Bakıda neft şirkəti bələdiyyəni məhkəməyə verib
# 06 avqust 2016 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Binagadi Oil Company” şirkəti Bakı şəhəri Binəqədi qəsəbəsi Bələdiyyəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, şirkət bələdiyyə tərəfindən Hidayət Həsənov adlı şəxsin adına verilən qərarın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı mümkünsüz hesab edib. Həmin qərarla razılaşmayan şirkət isə qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR