Azərbaycan müdafiə naziri Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Azərbaycan müdafiə naziri Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb
# 27 sentyabr 2016 16:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Hava Kosmik Qüvvələr komandanı general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR